Belarus prezidenti Aleksandr Lukaşenko dünyanın ən tanınmış mətbu orqanlarından birinə eksklüziv müsahibə verib.
Doğru.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb. Müsahibəni götürən media qurumunun və jurnalistin adı hələlik açıqlanmayıb. Bu, həmin nəşrin tələbi ilə edilib ki, materialın intriqası və eksklüzivliyi qorunsun.
Prezidentin mətbuat katibi Natalya Eysmont bildirib ki, müsahibə iki saat yarımdan çox davam edib və sonradan söhbət qeyri-rəsmi formatda da davam etdirilib.
Görüşdə Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli, Belarus-Amerika münasibətləri, sanksiyalar, çoxvektorlu siyasət, nüvə silahları və Strateji Müdafiə Qüvvələri kimi məsələlər müzakirə olunub.
Xatırladaq ki, Lukaşenko daha əvvəl Belarusun “hər halda” müharibəyə hazırlaşdığını bəyan etmişdi.
DOĞRU.AZ