image-2000x150px
image-123
image-ads_atlas
image-6682449f02e8bd2b8163c249-1backend

Macarıstan Aİ-nin sədri olduqdan sonra siyasətini dəyişə bilməyəcək

image-728x90px

Macarıstanlı siyasi ekspert Georg Spötle Aİ-yə sədrlik edən Macarıstanın öz siyasətini kökündən dəyişdirə bilməyəcəyi qənaətindədir.

“Heç bir böyük, əsaslı dəyişikliklər olmayacaq, Macarıstan deməyəcək ki, Aİ indi sərhədlərini miqrantlar üçün bağlayır, sədrliyin belə bir çəkisi yoxdur”.

Bununu RİA Novosti ilə söhbətində deyib.

O, əlavə edib ki, Macarıstan bu arada “impulslar verə, problemləri vurğulaya və həll yolları təklif edə bilər”.

Onun sözlərinə görə, Macarıstan təmsilçiliyi dövründə Aİ-nin anti-Rusiya ritorikası bir qədər zəifləyə bilər.

Macarıstan iyulun 1-dən Avropa İttifaqı Şurasında sədrliyə başlayır.

Daha əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna və Rusiya arasında münaqişəyə Avropa İttifaqı liderləri və Donald Tramp ABŞ prezidenti olacağı təqdirdə 24 saat ərzində son qoya bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki