image-n1karobka_ads
image-123
image-53-pic_32ratio_1200x800-1200x800-61395backend

Macarıstan Rusiya qazına görə Bolqarıstanı məhkəməyə verməyə hazırdır

image-ad_qayo_720x110px

Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Boka bildirib ki, Budapeşt 2023-cü ilin sonuna qədər Rusiya qazının tranziti üçün ödənişlərin artırılması ilə bağlı Sofiyanı məhkəməyə verməyə hazırdır.

Bokanın vətəndaşlara videomüraciəti o, Facebook-da yayımlayıb.

“Bu gün mən Avropa Komissiyasına məktub göndərərək, ondan Bolqarıstana qarşı öhdəliklərin pozulması ilə bağlı işlərə təcili başlamaq xahişi ilə müraciət etdim və Bolqarıstanı enerji rüsumlarının artırılmasını dondurmağa çağırdım” dedi.

Rəsminin sözlərinə görə, Bolqarıstanın hərəkətləri daxili bazarın, gömrük ittifaqının və Avropa İttifaqının ümumi ticarət siyasətinin fəaliyyət prinsiplərini pozur.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki