Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib.
Bu barədə Azərtac məlumat yayıb.
“İyulun 5-də Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana səfərə gəlib”, – məlumatda deyilir.
Orbanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkə prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladığı dəqiqləşir.
DOĞRU.AZ