Bakıda fəaliyyət göstərən “Mado” restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında müştəri xoşagəlməz hadisə ilə qarşılaşıb. Valideyn sosial şəbəkədə yazaraq bildirib ki, övladı üçün sifariş etdiyi hamburqerin içindən naməlum, qığırdağa bənzər hissəcik çıxıb. Uşaq sifarişin yarıdan çoxunu yedikdən sonra həmin hissəcik aşkar edilib.
Doğru.az xəbər verir ki, hadisə ilə bağlı restoran rəhbərliyi məsələni Axşam.az saytına şərh verib. Onların sözlərinə görə, xidmət keyfiyyətindəki qüsura görə ödəniş qəbul edilməyib, əlavə məhsul təqdim olunaraq üzr istənilib. Bildirilib ki, ət məhsulunun hazırlanması zamanı avadanlığın texniki səbəblərindən dolayı belə hallar nadir də olsa, baş verə bilər.
Restoran rəhbərliyi qeyd edib ki, filtrasiya sistemi mövcud olsa da, bəzən minimal miqdarda texniki qalıqlar məhsula düşə bilər. Müştəridən isə yaşanan narahatlığa görə anlayışla yanaşması xahiş olunub.
DOĞRU.AZ