Madriddə 2000-ə yaxın insanın qatıldığı etiraz aksiyası müdafiə xərclərinin artmasından narazı qalıb.
RİA Novosti bu barədə tədbir təşkilatçılarına istinadən xəbər verir.
Madridin Prado prospektində keçirilən yürüşdə həmkarlar ittifaqları, assosiasiyalar və siyasi partiyalar da daxil olmaqla 70 qrupun nümayəndəsi iştirak edib.
Fəallar hökumətin hərbi xərcləri ÜDM-in 2%-nə qədər artırmaq planlarının ləğv edilməsini tələb ediblər.
Etirazçılar NATO və Avropa İttifaqını yenidən silahlandırmaq planları ilə qəti şəkildə razılaşmadıqlarını bildirərək, ABŞ-ın NATO ölkələrinin müdafiə büdcəsinin ÜDM-in 5%-ə çatdırılmasının zəruriliyi ilə bağlı bəyanatlarından xüsusilə narahat olduqlarını bildiriblər.
DOĞRU.AZ