image-n1karobka_ads
image-123
image-7385f094-7d80-4d1d-8e0f-696c85987c8b_w1200_r1backend

Maduro: Tramp-Harris debatı Amerika elitalarının sürətlə tənəzzül etdiyini göstərir

image-ad_qayo_720x110px

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp arasında debat bir daha ABŞ elitasının siyasi, psixoloji və mənəvi vəziyyətini nümayiş etdirib, onların sürətlə tənəzzülə uğradığını göstərib.

“RİA Novosti” xəbər verir ki , bu barədə dövlət başçısı VTV telekanalının efirində bildirib.

Maduronun sözlərinə görə, debat zamanı müzakirə olunan mövzuların və namizədlərin fikirlərinin “dünya insanlarının can atdığı 21-ci əsrlə heç bir əlaqəsi yoxdur”.

Daha əvvəl senator və Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin üzvü Olqa Kovitidi RT ilə söhbətində Tramp-Harris debatını siyasi şou adlandırmışdı.

Sentyabrın 11-də ABC telekanalında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris arasında debat keçirilib.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki