image-2000x150px
image-goxcjmdxonskpqn-800x450-nopadbackend

Magistraturaya proqram və ixtisaslaşma seçimi başa çatıb

image-728x90px

2021/2022-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına proqram və ixtisaslaşma seçimi başa çatıb.

Qeyd edək ki, proqram və ixtisaslaşma seçimi iyunun 29-dan başlayıb. Proqram və ixtisaslaşma seçiminə magistraturaya 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılıblar.

Xatırladaq ki, bu il imtahanların 2 dəfə keçirilməsi ixtisaslaşma seçiminə buraxılanların sayına müsbət təsir edib. 16624 bakalavr minimal tələbləri ödəyərək ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanıb. Ötən il müvafiq göstərici 11615 nəfər olub. Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ərizəsi”ndə proqram və ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılıblar.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki