image-2000x150px
image-img_20220203_103528_210backend

Mahir Emreli “Dinamo”ya keçidindən danışıb!

image-728x90px

“Belə bir klubla müqavilə bağladığım üçün çox xoşbəxtəm”.

Doğru.Az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına keçidi barədə danışarkən deyib.

25 yaşlı hücumçu bildirib ki, müntəzəm Xorvatiya çempionluğu qazanan və xüsusən, son illər avrokuboklarda yüksək keyfiyyət sərgiləyən klub ötən mövsümlərdə bir çox önəmli və tarixi uğura imza atıb.

Onun fikrincə, “Dinamo”ya Xorvatiyada və ölkə xaricində böyük hörmətlə yanaşırlar: “Bu, həqiqətən də keyfiyyətli, ən yaxşı peşəkarların çalışdığı ciddi klubdur. Oyunumla, cəhd və səylərimlə, özünəinamımla gələcəkdə komandamın nəticələrində pay sahibi olacağıma, çempionluq titulunu qorumağa və “Dinamo”nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram”.

Emrelinin sözlərinə görə, “Dinamo” bir futbol klubundan da üstün olmaqla, Zaqreb və Xorvatiyanın simvolu, çoxsaylı azarkeşə, Xorvatiya və Avropa futbolunda xüsusi önəmə sahibtir. Bu da burada olmaqdan qürur duymağımın daha bir səbəbidir. Bu klub üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verə bilərəm”.

Qeyd edək ki, Polşa “Legiya”sı ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan Mahir Emreli “Dinamo” ilə 4,5 illik sözləşməyə imza atıb.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki