image-2000x150px
image-123
image-ads_atlas
Mahir Emreli “Galatasaray”a təklif olunub-FOTObackend

Mahir Emreli “Galatasaray”a təklif olunub-FOTO

image-728x90px

Türkiyənin “Qalatasaray” klubunun skautu Emre Utkucan sosial şəbəkədə Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli ilə bağlı maraqlı təklif alıb.

Doğru.az” xəbər verir ki, tvitterdə İmla Kılavuzoğlu adlı istifadəçi İstanbul təmsilçisinin rəsmi nümayəndəsinə müraciət edib.
O, Utkucanın paylaşımına yazdığı şərhdə Azərbaycandan “Qalatasaray”da indiyədək heç kimin çıxış etmədiyini bildirib: “Emre bəy, “Qarabağ”dakı Mahir Emrelini izləmisiniz? Komandamızda bu vaxtadək Azərbaycan türkü olmayıb.
Bunu qeyd dəftərinizin küncünə yazın”.
Qeyd edək ki, Mahir Emreli qış transfer dönəmində Polşanın “Zaqlembe” və “Rakuv”, Avstriyanın “Şturm” və Macarıstanın adı açıqlanmayan klubundan təklif alıb. 24 yaşlı hücumçu mövsümün sonunadək “Qarabağ”da qalmağa qərar verib. Onun Ağdam təmsilçisi ilə sözləşməsi yayda başa çatacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki