Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmasını “texniki həll” kimi dəyərləndirib.
Doğru.az xəbər verir ki, Makron bu barədə TASS agentliyinə açıqlamasında danışıb: “Texniki qərarlar qəbul edildi, lakin mən lazımsız təfsirlə məşğul olmazdım. Mən yalnız onu görürəm ki, ABŞ Ukraynanı dəstəkləməyə davam edəcəyini təsdiqləyir”, – deyə Fransa lideri bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Avropanın silah tədarükündə ABŞ-ı əvəz edə bilməyəcəyini bəyan etmişdi.
“Politico” nəşrinin məlumatına görə, Vaşinqtondan hərbi yardımın dayandırılması barədə qərar Ukrayna tərəfinə əvvəlcədən bildirilməyib.
DOĞRU.AZ