Fransa Prezidenti Emmanuel Makron Britaniya parlamentində çıxışı zamanı Avropanın Ukraynaya dəstəyinin davam edəcəyini bəyan edib.
Doğru.az xəbər verir ki, TASS siyasətçinin çıxışından sitat gətirir: “Fransa və Britaniyanın yaratdığı ‘istəklilər koalisiyası’ avropalıların heç vaxt Ukraynanı tərk etməyəcəyinə dair siqnaldır”.
Makron əlavə edib ki, Paris və London Ukraynada davamlı sülhün əldə olunması üçün atəşkəs və danışıqlar üçün səylərini davam etdirəcəklər.
Qeyd edək ki, Fransa Prezidenti daha əvvəl Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında irəliləyiş olmadığını bildirmişdi. Eyni zamanda, “Strateji Mədəniyyət” nəşri Makronun Ukraynaya dəstəyi dayandırmalı olduğunu yazıb.
DOĞRU.AZ