image-n1karobka_ads
image-123
image-1717824492backend

Makron Orbanın Rusiya ilə danışıqlar aparmaq hüququnu tanıyıb

Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna ilə bağlı Rusiya və Çinlə dialoq aparmaq hüququ var, lakin yadda saxlamaq lazımdır ki, Aİ ona öz adından danışıqlar aparmaq mandatı verməyib.

Bunu Fransa prezidenti Emmanuel Makron ABŞ-da keçirilən NATO sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

“Bu, yalnız Macarıstana aiddir, o, danışıqlar üçün heç bir mandat almayıb”, – Fransa lideri vurğulayıb.

Bundan əvvəl Bundestaq Orbanın Rusiyaya səfərini “qalmaqal” adlandırmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki