image-n1karobka_ads
image-123
image-668aef67ae5ac92b0326715fbackend

Makron: Parlament seçkilərinin nəticələri “kimin idarə edəcəyini” göstərmir

Fransa lideri Emmanuel Makron bildirib ki, Fransada keçirilən parlament seçkilərinin ilkin nəticələri “kimin idarə edəcəyini” göstərmir.

Bu barədə “France Presse” dövlət başçısının ətrafına istinadən yazır.

RİA Novosti-nin verdiyi xəbərə görə, Makron hökuməti formalaşdırmaq kimin tapşırığına düşə biləcəyini müəyyən etmək üçün seçkilərin nəticələrini təhlil edərkən ehtiyatlı olmağa çağırır.

Onun sözlərinə görə, o, yeddi illik hakimiyyətdən sonra mərkəzi blokun sağ qalmasından məmnundur.

Bundan əvvəl solçu partiyaların Yeni Xalq Cəbhəsi koalisiyasının lideri Jan-Lyuk Melenşon Makronu seçkilərdəki məğlubiyyətini etiraf etməyə çağırıb.

Fransada   növbədənkənar parlament seçkilərinin ikinci turunda solçu Yeni Xalq Cəbhəsi alyansı liderlik edir. Milli Assambleyada 175 ilə 205 arasında yer alır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki