Fransa prezidenti Emmanuel Makron Ukraynaya dəstəyin artırılacağını və Rusiyaya qarşı təzyiqlərin davam etdiriləcəyini bildirib. O, bu barədə şəxsi sosial media hesabında açıqlama yayıb.
Doğru.az xəbər verir ki, Makron Fransanın Ukraynaya yardımını genişləndirmək və Moskvaya qarşı sanksiya və siyasi təzyiqləri gücləndirmək niyyətində olduqlarını qeyd edib.
Fransa lideri daha əvvəl də Ukraynadakı silahlı münaqişədə atəşkəsə nail olmaq məqsədilə Moskvaya qarşı beynəlxalq təzyiqlərin artdığını vurğulamışdı. O, Rusiyanı Avropa üçün əsas təhlükə mənbəyi adlandırıb.
DOĞRU.AZ