image-2000x150px
image-273796953_730058164555376_685274690516107768_nbackend

Makron və Putin Ukrayna ətrafındakı gərginlik fonunda zəngləşəcək

image-728x90px

Fransa prezidenti Emmanuel Makron fevralın 12-də rusiyalı həmkarı Vladimir Putinlə telefonla söhbət etməyi planlaşdırır.

Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Yelisey Sarayından verilən məlumata görə, telefon danışığı günorta saatlarında ola bilər.

Qeyd edək ki, Makron və Putin fevralın 7-də Moskvada təkbətək görüş keçirib. Onlar Ukrayna ətrafında vəziyyətin deeskalasiyası və Donbassdakı münaqişənin həlli üzrə tədbirləri müzakirə ediblər.

Ertəsi gün Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Danışıqlardan sonra Fransa prezidenti bildirib ki, Rusiya və Ukrayna Minsk razılaşmalarının həyata keçirilməsinə sadiq qalırlar.

Mənbə: rbc.ru

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki