Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyanın Fransanın tərkibində dövlət statusu qazanacağını açıqlayıb.
Doğru.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verib. Makron qeyd edib ki, saziş on gündən artıq davam edən danışıqların nəticəsi olub və qarşılıqlı etimad əsasında hazırlanıb.
Bəyanatda vurğulanır ki, “Fransa Respublikasının tərkibindəki Yeni Kaledoniya əyaləti etimada bahisdir”.
Xatırladaq ki, bundan əvvəl Fransanın Yeni Kaledoniya dövlətinin yaradılması haqqında saziş imzaladığı bildirilmişdi.
DOĞRU.AZ