image-ads_n1karobka_mobile
image-69f386f902e8bd0b6a582239backend

Paşinyandan diqqətçəkən açıqlama: Nəzarət bizə keçir

Ermənistan sərhədçiləri ölkənin İran və Türkiyə ilə sərhədində yerləşən rusiyalı həmkarlarını əvəz edəcəklər.

Doğru.az xəbər verir ki, bunu Nikol Paşinyan açıqlayıb.

Baş nazir bildirib ki, İrəvan sərhədlərin qorunmasına görə Rusiyaya ödəniş edir və bu sahədə milli imkanların gücləndirilməsi planlaşdırılır. Onun sözlərinə görə, ölkə sərhəd potensialının inkişafına daha çox vəsait ayıra və mərhələli şəkildə rusiyalı sərhədçilərin yükünü azalda bilər.

Məlumata görə, Ermənistan tədricən qalan sərhəd ərazilərini də tam nəzarətə götürməyi hədəfləyir.

Qeyd edək ki, məlumat RIA Novosti agentliyinə istinadən yayılıb. Paşinyan daha əvvəl Rusiyadan Türkiyə və Azərbaycana uzanan dəmir yolu xətlərinin bərpasına başlanmasını da xahiş etmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki