Fransanın daxili işlər naziri Bruno Retailleau ilə Prezident Emmanuel Makron arasında münaqişə yaşanır.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı “Le Parisien” qəzeti mənbələrə istinadən yayıb.
Bildirilir ki, Retailleau bir neçə dəfə Makronu tənqid etməsi ilə seçilib və bu, hökumət daxilində narazılığa səbəb olub: “Bruno Retaillo iki-üç dəfə prezidentə hücum etməklə fərqlənib. Bir çox nazirlər bunu qəbul etmir”, – deyə yazıda qeyd olunub.
Qəzet həmçinin vurğulayıb ki, Fransada kifayət qədər təhlükəsizlik problemləri mövcuddur və bu, daxili işlər nazirinin fəaliyyətinə dair ciddi suallar doğurur.
Qeyd edək ki, daha əvvəl “Politico” nəşri Fransanın baş naziri Fransua Bayrou-nun dövlət xərclərini 43,8 milyard avro azaltmaq və iki milli bayramı ləğv etmək təklifi ilə çıxış etdiyini və bunun onun siyasi karyerası üçün “ölüm hökmü” ola biləcəyini yazmışdı.
DOĞRU.AZ