Fransa prezidenti Emmanuel Makron İstres şəhərində hərbçilər qarşısında çıxışı zamanı diqqət çəkən görüntü ilə gündəmə gəlib.
Doğru.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, Fransa lideri qoşunlar qarşısında gözləri qızarmış halda çıxış edib. Makron ictimaiyyətdə yaranan narahatlığa aydınlıq gətirərək, gözündəki qızartının “tamamilə zərərsiz” olduğunu bildirib.
Məsələ ilə bağlı Yelisey Sarayı da açıqlama yayıb. Rəsmi məlumatda qeyd olunub ki, bu hal “sadəcə partlamış bir damar”la bağlıdır və prezidentin səhhətində ciddi problem yoxdur.
Qeyd edək ki, Emmanuel Makron daha əvvəl də şəxsi həyatı ilə bağlı yayılan görüntülərlə gündəmə gəlmişdi. Belə ki, 2025-ci ilin may ayında Fransa prezidenti Vyetnam səfəri zamanı həyat yoldaşı Bricit Makron tərəfindən kameralar qarşısında yumruqla vurulmuşdu. Hadisə prezidentin təyyarəsi Hanoya endikdən sonra qapılar açılarkən lentə alınıb və cütlük çəkildiklərindən xəbərsiz olub.
Sonradan Yelisey Sarayı videonun həqiqiliyini təsdiqləyib, lakin baş verənləri ailə münaqişəsi kimi qiymətləndirərək hadisəni böyütməyib.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp da həmin insidentdən sonra Emmanuel Makrona məsləhətlər verib.
DOĞRU.AZ




























