ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Davos Forumundakı çıxışı zamanı günəş eynəyi taxmasına kinayə ilə reaksiya verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp Makronun forumdakı görünüşünü şərh edərkən deyib.
“Dünən onun çıxışını izlədim, eynəyini taxmışdı, çox xoşuma gəldi. Ona nə olub?”, – deyə o söyləyib.
Qeyd edək ki, Trampın bu atmacası Makronun çıxışı zamanı ABŞ-nin iqtisadi rəqabətini Avropanı “zəiflətmək və özünə tabe etmək” cəhdi kimi tənqid etməsindən sonraya təsadüf edib.
Xatırladaq ki, Emmanuel Makron Davosdakı çıxışına aviator tipli günəş eynəyi ilə çıxaraq hər kəsi təəccübləndirmişdi. Fransa lideri bu addımını gözündə yaranan və tamamilə zərərsiz olduğunu bildirdiyi kiçik bir sağlamlıq problemi ilə izah edib.
DOĞRU.AZ




























