image-n1karobka_ads
image-123
image-img_8663backend

Manana “Gelino” ilə anasının xatirəsini yaşatdı – FOTO/VİDEO

Əməkdar artist Manana Caparidze yenidən fərqli və duyğusal layihəsi ilə gündəmdədir. Sənətçi bu dəfə mərhum anasının arzusunu reallaşdıraraq, “Gelino” (tərcümədə “Gəlin”) adlı lirik mahnını təqdim edib.

Doğru.az xəbər verir ki, “Gelino” qədim laz xalq mahnısıdır. Mahnının yeni versiyasının sözləri və Azərbaycan dilində tərcüməsi Manana Caparidzeyə və müğənni Rəssama aiddir. Layihənin aranjımanı, miks və masterinqi Elvin İmanova həvalə olunub. Musiqi əsərində milli musiqi alətimiz olan kamançadan da istifadə edilib və Manananın ifasını kamança ustası Fərrux Haşımlı müşayiət edib.

Diqqətçəkən məqamlardan biri isə budur ki, layihənin videoçarxı süni intellektin dəstəyi ilə hazırlanıb. Layihənin ideya müəllifi və prodüseri də elə sənətçinin özüdür.

Manana Caparidze yeni işi ilə bağlı bunları deyib:

 “’Gelino’ anamın ən çox sevdiyi mahnı idi. O, hər zaman istəyirdi ki, bu nəğmə Azərbaycan dilində, mənim ifamda səslənsin. Mən də bacardığım qədər onun bu arzusunu gerçəkləşdirdim. Anam mənim sənətə olan bağlılığımı hər zaman dəstəkləyirdi. İndi də səhnədə olanda onun ruhunu hiss edirəm, bilirəm ki, o yanımdadır. Bu layihə bizim ortaq mənamız oldu və yaradıcılığıma yeni bir səhifə yazdı.”

Qeyd edək ki, “Gelino” adlı yeni layihə artıq bütün musiqi platformalarında, həmçinin Manana Caparidzenin şəxsi YouTube kanalında yayımlanıb.

DOĞRU.AZ

image-img_8660 image-img_8664 image-img_8659

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki