image-2000x150px
image-123
image-ads_atlas
image-fbackend

“Mançester Siti” “Bavariya”dan iki oyunçu transfer edə bilər

image-728x90px

“Mançester Siti”nin mümkün yay transfer hədəfləri haqqında məlumat yayılıb. 

İlk hədəf “Jirona”da icarə əsasında çıxış edən “Trua” klubunun futbolçusu Saviodur. Hər iki klub “City Football Group” sisteminin bir hissəsidir, ona görə də 19 yaşlı braziliyalının transferini təşkil etmək asan olacaq.

“Şəhərlilər” həmçinin “Bavariya”nın iki futbolçusu – 28 yaşlı Coşua Kimmix və 20 yaşlı Camal Musiala ilə də maraqlanırlar. Birincinin müqaviləsi 2025-ci ilin yayında, ikincinin müqaviləsi isə 2026-cı ilin yayında başa çatır.

Kimmix yanvarda münhenlilərlə müqaviləsini uzatmaq fikrindən imtina edib, lakin mövsümün sonunda bunu edə bilər.

Mənbə: championat.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki