image-2000x150px
image-comp-versiya
image-img_20210512_082955_299backend

“Mançester Siti” çempionluğunu rəsmiləşdirdi

image-728x90px

İngiltərənin “Mançester Siti” komandası 2020/21 mövsümündə vaxtından əvvəl ölkə çempionu olub.

Doğru.az xəbər verir ki, bu, turnir cədvəlində ikinci yer tutan “Mançester Yunayted”in “Lester”ə 1:2 hesabı ilə məğlubiyyətindən sonra məlum olub.

Xosep Qvardiolanın yetirmələri “Mançester Yunayted”i 10 xalla qabaqlayırlar. Komandalar çempionatda üç matç keçirəcəklər.

“Mançester Siti” yeddinci dəfə İngiltərə çempionu olub. 2016-cı ildən komandanın baş məşqçisi işləyən Qvardiola “Mançester Siti”ni üçüncü dəfə turnir cədvəlində birinci yerə yüksəldib. Daha əvvəl “Mançester Siti” ispan mütəxəssisin rəhbərliyi altında 2017/18 və 2018/19 mövsümlərində də ölkə birincisi olub.

Qeyd edək ki, ötən mövsümdə çempionluq titulunu “Liverpul” qazanıb.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki