UEFA Avropa Liqasının qrup mərhələsində daha 8 oyun keçirilib. “Report”un məlumatına görə, bununla da I tura yekun vurulub.
Türkiyənin digər təmsilçisi “Trabzonspor” “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Macarıstan “Ferentsvaroş”unun qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Budapeşt təmsilçisindən qolları 5-ci və 44-cü dəqiqədə Tokmak Nquen, 29-cu dəqiqədə Adama Traore vurublar. 16-cı dəqiqədə Macarıstan çempionundan Eldar Çiviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qonaqlardan isə 39-cu dəqiqədə Maksi Qomes və 71-ci dəqiqədə Umut Bozok fərqləniblər.
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
8 sentyabr
A qrupu
20:45. “Sürix” (İsveçrə) – “Arsenal” (İngiltərə) – 1:2
20:45. PSV (Niderland) – “Budö Qlimt” (Norveç) – 1:1
B qrupu
20:45. AEK (Larnaka, Kipr) – “Renn” (Fransa) – 1:2
20:45. “Fənərbağça” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:1
C qrupu
20:45. “Lüdoqorets” (Bolqarıstan) – “Roma” (İtaliya) – 2:1
20:45. HİK (Finlandiya) – “Betis” (İspaniya) – 0:2
D qrupu
20:45. “Malmö” (İsveç) – “Braqa” (Portuqaliya) – 0:2
20:45. “Yunion” (Berlin, Almaniya) – “Yunion” (Belçika) – 0:1
E qrupu
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya) – 0:1
23:00. “Omoniya” (Kipr) – “Şerif” (Moldova) – 0:3
F qrupu
23:00. “Latsio” (İtaliya) – “Feyenoord” (Niderland) – 4:3
23:00. “Şturm” (Avstriya) – “Midtüllan” (Danimarka) – 1:0
G qrupu
23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan) – 2:1
23:00. “Nant” (Fransa) – “Olimpiakos” (Yunanıstan) – 2:1
H qrupu
23:00. “Srvena Zvezda” (Serbiya) – “Monako” (Fransa) – 0:1
23:00. “Ferentsvaroş” (Macarıstan) – “Trabzonspor” (Türkiyə) – 3:2

























