image-2000x150px
image-123
image-ads_atlas
image-c48fb180-e84d-11ec-b5ef-b9465874c812backend

“Mançester Yunayted” “Real Madrid”in ulduzunu transfer edə bilər

image-728x90px

İngiltərənin “Mançester Yunayted” klubu “Real Madrid”in vingeri Vinisius Juniorla maraqlanır.

Məlumata görə, futbolçuya “Mançester Siti” və PSJ də iddialıdır.

Qeyd edilir ki, “Real Madrid” yayda Kilian Mbappeni transfer etməyə diqqət yetirdiyi üçün Vinisiusu buraxa bilər. La Liqa nəhənginin həm Vinisius, həm də Mbappe ilə birgə oynamaq planları yoxdur, çünki onlar meydanda eyni mövqedədirlər.

Xatırladaq ki, bu mövsüm Vinisius Junior karal klubunun heyətində 15 oyun keçirib, altı qol vurub və dörd məhsuldar ötürmə verib. Braziliyalının Madrid komandası ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Transfermarkt internet portalının məlumatına görə, hücumçunun təxmini dəyəri 150 milyon avrodur.

Mənbə: championat.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki