Azərbaycan mediasının önəmli ünvanlarından biri olan Manşet.az xəbər portalı fəaliyyətinin 4-cü ilini tamamlayır.
Fəaliyyət göstərdiyi bu qısa müddət ərzində Manşet.az həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımız üçün etibarlı informasiya mənbəyinə çevrilib. Sayt oxucularına ölkəmizdə və dünyada baş verən ən mühüm ictimai-siyasi prosesləri, iqtisadi yenilikləri, mədəniyyət və idman sahələrindəki hadisələri operativ şəkildə təqdim edir.
Portalın təsisçiləri – Əli Vəliyev və Famil Fərhadoğlu rəhbərlik etdikləri komanda ilə Azərbaycanın aparıcı media orqanları sırasında yer almaq üçün səylə çalışır və bu sahədə artıq öz sözünü deməyi bacarıb. Saytın gündəmi əhatə edən materialları yerli oxucularla yanaşı, xaricdə yaşayan həmyerlilərimiz tərəfindən də maraqla izlənilir.
Doğru.az kollektivi olaraq Manşet.az-ın 4 yaşı münasibətilə həmkarlarımızı səmimi qəlbdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!
Uğurlarınız bol, oxucularınız çox olsun!