Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi və İranın yeni prezidenti Məsud Pezeşkian İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə etmək üçün görüş keçirmək niyyətində olduqlarını bəyan ediblər.
Doğru.az xəbər verir ki, Qrossi bu barədə “Al Arabiya” telekanalına müsahibəsində bildirib.
“Mən yeni prezidentdən məktub almaqdan məmnun oldum ki, o, bizim görüşməyimizlə razılaşdı və uyğun vaxtda bunu etməyə çalışaq. Ümid edirəm ki, doğru vaxt ən qısa zamanda gələcək”.
Qrossi daha əvvəl demişdi ki, agentliyin İranın nüvə silahı hazırladığına dair heç bir sübutu yoxdur.
DOĞRU.AZ