image-n1karobka_ads
image-123
image-baki_hava_proqnozu_009backend

Martın 3-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb

Ölkə ərazisində martın 3-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 7-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 765 mm civə sütunu – olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki