image-ads_n1karobka_mobile
image-17365768174930856489_1200x630backend

Masallıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb

image-add-a-heading

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan Doğru.az-a bildirilib ki, əməliyyat tədbirləri ilə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı Eldar Ağayev saxlanılıb. Onun üzərindən və istifadəsiz tikilidə gizlətdiyi yerdən 6 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, E.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki