image-ads_n1karobka_mobile
image-66d5edefae5ac95e8c43277bbackend

Mask ABŞ Demokratik Partiyasını cinayətkarlar partiyası adlandırıb

Amerikalı sahibkar İlon Mask ABŞ Demokratik Partiyasını cinayətkarlar partiyası adlandırıb.

“Demokratik Partiyanın cinayətkarlara qarşı bu qədər yumşaq davranmasının səbəbi cinayətkarların böyük əksəriyyətinin Demokratlara səs vermələridir – onlar öz müştərilərini incitmək istəmirlər!” — Mask X sosial şəbəkəsində yazıb.

Bundan əvvəl ABŞ prezidentliyinə namizəd Donald Tramp Harrislə debatın sentyabrın 10-da keçiriləcəyini bildirmişdi.

Həmçinin Trampın X sosial şəbəkəsində amerikalı sahibkar İlon Maskın təşkil etdiyi “prezident seçkiləri”ndə Kamala Harrisi məğlub etdiyi bildirilirdi.

Mənbə RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki