Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakı şəhərində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar iki küçədə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Doğru.az-a verilən məlumata görə, mayın 24-ü saat 08:00-dan mayın 27-si saat 22:00-dək Nizami rayonu, Elşən Süleymanov küçəsinin Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində avtonəqliyyatın hərəkəti tam olaraq dayandırılacaq.
Bundan əlavə, Yasamal rayonunun Əbdülvahab Salamzadə küçəsində də hərəkətə qismən məhdudiyyət qoyulacaq. Belə ki, mayın 24-ü saat 08:00-dan mayın 25-i saat 22:00-dək Tbilisi prospektindən tunelin girişinədək olan hissədə təmir işləri aparılacaq və bu müddət ərzində yol tam bağlanmasa da, hərəkət məhdudlaşdırılacaq.
Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
DOĞRU.AZ