Beynəlxalq səviyyədə iqlim və ekoloji gündəm məsələləri MDB ölkələrinin məcburi iştirakı ilə müzakirə edilməlidir, – MDB Üzv Dövlətlərin XV Beynəlxalq İqtisadi Forumu çərçivəsində Sberbank-ın ESG üzrə baş vitse-prezidenti Tatyana Zavyalova bildirib. .
Zavyalovanın sözlərinə görə, MDB ölkələrinə davamlı inkişafa vahid yanaşmanın formalaşdırılması üçün vahid platforma lazımdır.
“Belə bir platformanın – MDB ölkələrinin İqlim Şurasının ilk vəzifələri ola bilər: Birlik ölkələri üçün ümumi fəaliyyət ssenarisinin işlənib hazırlanması; konkret sahələr üzrə yol xəritələrinin tərtib edilməsi; beynəlxalq məkanda vahid mövqe hazırlamaq və təqdim etməkdir”.
Mənbə: TASS