Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, nüvə münaqişəsi heç kimə lazım deyil, lakin bunun üçün “formal ilkin şərtlər” var.
“Heç kimə nüvə münaqişəsi lazım deyil… Baxmayaraq ki… bunun üçün bütün dünya ictimaiyyəti üçün başa düşülən və nüvə qarşısının alınması doktrinamıza uyğun olan formal ilkin şərtlər var”, o , Teleqramında yazıb.
O qeyd edib ki, bu ilkin şərtlərdən biri də Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumudur. Medvedev vurğulayıb ki, Rusiya səbirlidir, çünki nüvə reaksiyası “dönməz nəticələri olan son dərəcə çətin qərardır”. Bununla belə, onun sözlərinə görə, Qərb etiraf etmək istəmir ki, “səbrin sonu gəlir”.
Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirmişdi ki, Avropada nüvə münaqişəsi baş verəcəyi təqdirdə ABŞ xaricdə otura bilməyəcək.
Mənbə RT rusca