image-2000x150px
image-123
image-ads_atlas
image-16004162993387356088_1000x669backend

Mehriban Əliyeva Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü ilə bağlı paylaşım edib – FOTO

image-728x90px

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün “Instagram” hesabında 21 may – Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Bu gün 21 may — Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür. Bu gün dünya xalqlarına bir-birini daha yaxşı anlamağı və başqa millətlərin dəyərlərinə hörmət etməyi öyrənmək imkanı verir. Məhz humanitar əməkdaşlıq, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, onu anlamaq, mahiyyətinə varmaq, kömək etmək cəhdləri müasir dünyamızın tez-tez üzləşdiyi ksenofobiya və terrorizm kimi neqativ hallara qarşı mübarizədə çox mühüm silahdır. Mən dünyanın bütün xalqlarına səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, bütün ölkələrə firavanlıq, sülh, əmin-amanlıq və təhlükəsizlik arzulayıram!”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki