image-2000x150px
image-123
image-ads_atlas
image-medium_2023-12-08-cb9fdfaaa4backend

Məhşur hindistanlı aktrisa vəfat etdi

image-728x90px

Lilavati kimi tanınan hind aktrisası Lila Kiran 86 yaşında dünyasını dəyişib.

Bu barədə yerli mətbuatda məlumat yayılıb.

Verilən məlumata görə, Lilavatinin ölümünə yaşla bağlı xəstəliklər səbəb olub.

Qeyd olunur ki, aktrisa karyerası ərzində 600-dən çox filmdə rol alıb.

Hindistanın Baş naziri Narendra Modi Lilivatinin vəfatı ilə bağlı başsağlığı verib. Modi onu kino ikonası adlandırıb.

“Əfsanəvi kino ulduzu Lilavatinin vəfatını eşitmək məni çox kədərləndirir. Kino sənətinin əsl simvolu olan aktrisa bir neçə filmdə çoxşaxəli ifaları ilə ekranı bəzəyib. Onun müxtəlif rolları və diqqətəlayiq istedadı həmişə xatırlanacaq və bizləri heyran edəcək”, – deyə Modi öz “X” (keçmiş “Twitter”) hesabında yazıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki