image-n1karobka_ads
image-123
image-a1d9df20-e55f-3ad4-b333-777ba9e3980f_850backend

Meksikanın seçilmiş prezidenti Zelenskinin Ukraynaya səfər dəvətini rədd edib

image-ad_qayo_720x110px

Meksikanın seçilmiş prezidenti Klaudiya Şeynbaum Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya səfər etməkdən imtina edib.

“Biz vacib hesab etdiyimiz bəzi beynəlxalq tədbirlərə gedəcəyik, lakin çox səyahət etməyəcəyik, çünki bizim məsuliyyətimiz buradadır… Düşünürəm ki, yox”, – o, Ukraynaya səfər planları ilə bağlı sualı cavablandırıb, RİA Novosti xəbər verir.

Şeynbaum əlavə edib ki, Meksika xarici işlərə qarışmayacaq və fikir ayrılıqlarının sülh yolu ilə həllinə sadiq qalacaq.

Eyni zamanda, avqust ayında Meksikanın Ukraynadakı səfirliyi Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan muzdlu Karlos Xesus Qonzales Mendozanın ölümünü təsdiqləyib.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki