image-2000x150px
image-123
image-ads_atlas
image-b2895653-b956-474a-abe9-7c5402d71631backend

Mənə ZƏFƏR verin…

image-728x90px

Səhərdən göydən ədalət yağışı yağır…

Bir damcısı min zərrə  olan yağış. Dünyaya , hər yerə, bütün şəhərə, eyvanımın qarşısına, Şəhidlərimin məzarına tam bərabər səpilən yağış…

Çoxdan ürəyimə kilidlənən sözlər var idi…  Amma açarı tapa bilmirdim.

Nəhayət bu gün imiş o başlanğıc…

Qarabağ uğrunda savaşan qəhrəmanlarımızın təbliğatı naminə başladığım layihənin ilk qaranquşu-“Qax Şəhidləri” kitabı işıq üzü gördü. Kitabın sorağını alsalar da, qaxlı Şəhidlərimin doğmalarına bir az gec çatdı kitab…

Kitabın ruhuna nə qədər əzəmət, qəhrəmanlıq pafosu, zəfər sevinci  qatsam da, 30 ildə içimizdə yer alan “Kimsə”sizliyimiz tərk etmədi bizi …

Soyuq payız axşamlarının birində Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun evində qonaq oluram… Məni onun ailəsi, doğmaları qarşılayır. Birdə Lalə ana…

İstiliyin, səmimiliyin fövqündə bir həyəcan var, duymamaq mümkün deyil. Əhvallaşıram, ordan-burdan söhbətləşirik Lalə anayla. Və illərdi adət etmişik, verdiyimiz təsəllilərin  boş hədiyyə qutulqarına bənzəməyinə… Açırsan içindən heç nə çıxmır… Və bu dəmdə kimsə birini  aldatmadan xəfifcə göz yaşları axıdırıq. Çünki ikimiz də bilirik, verəcəyimiz təsəlilər boş…

Cavanşirin şəkli önündə dərdələçirik, söhbətimiz davam edir.

O məndən təsəlli ummağa çəkinir, mən də ona gətirdiyim təsəllini verməyə…

Qorxuram yenə boş hədiyyə qutusu olar…

Nəhayət o başlanğıc olur…

“Hə,  gətir qızm kitaba baxaq” deyir Lalə xala. Onun mənə danışdığı xatirələrlərədən, söhbətlərimizin məğzindən süzülən Cavanşir haqqında   ağrılı, həsrət qoxulu qəhrəmanlıq hekayəsi yer alan kitabı təqdim edirəm…image-26a61fcb-70db-435b-8a36-7558acdcee2e

…Səhər tezdən Şəhidlər Xiyabanına gedirik… Payız səması yenə ədalər səpir yer üzünə… Söhbətlərimizin nəmi, göz yaşı payızın ciskininə qarışıb…

Lalə ana Cavanşirlə görüşüb dərdləşir. 30 illik tarixi səhnədir anaların Şəhid məzarları ilə dərdləşməyi…Danışmaq istəyirəm, ağzımı açmamış göz yaşlarım süzülür… Danışmaq istəyirəm… Yenə boş hədiyyə qutuları düşür yadıma…Hiss edirəm ki, göz yaşları ovundurur bizi..

.image-645c8696-6af6-4e32-8e00-363a89cc3e3dimage-cce92937-817c-45b7-997d-504153f0c96e

Yola düzəlirik. Geriyə-Lalə ana öz evinə, Cavanşiri böyütdüyü evə, mən də öz evimə-danışa bilmədiyim sözlərimi yazmağa… Dünyanın ədalətinə bax: yenə yağır üstümüzə…

Səhər Şıxəli Manaf

7 noyabr 2022-ci il.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki