Mərakeşin qərbində baş verən daşqınlar nəticəsində ən azı yeddi nəfər ölüb, 20 nəfər yaralanıb.
Doğru.az xəbər verir ki, bu barədə “Le360” qəzeti məlumat yayıb. Bildirilir ki, 14 dekabr 2025-ci il, bazar günü Safi əyalətində güclü ildırım fırtınasından sonra ilkin hesablamalara görə yeddi nəfər həlak olub, xeyli maddi ziyan dəyib, 20 yaralı isə hazırda tibbi yardım alır.
Yerli hakimiyyət orqanları və təcili yardım xidmətləri sakinlərə kömək göstərməyə və zədələnmiş infrastrukturu bərpa etməyə davam edir.
Qeyd edək ki, daha əvvəl Şri-Lankada Ditva siklonunun nəticələrindən 643 nəfərin öldüyü bildirilmişdi.
DOĞRU.AZ




























