image-n1karobka_ads
image-123
image-img-20251118-wa0057backend

Mərdan Kazımovdan sosial mesajlı möhtəşəm konsert şousu – FOTO/VİDEO

image-ad_qayo_720x110px

Müğənni Mərdan Kazımovun solo konserti ötən gün paytaxtda böyük maraqla qarşılanıb.

Doğru.az xəbər verir ki, “Jolly Joker Baku”da keçirilən tədbir anşlaqla baş tutub və sənətçi səhnəyə ard-arda sevilən hitlərini təqdim edib.

Konsertdə Mərdanın Xalq artisti Mələkxanım Əyyubova, eləcə də Orxan Zeynallı və Jay Meel ilə ifa etdiyi duetlər tamaşaçıların xüsusi alqışına səbəb olub.

Sənətçi tədbir boyunca səhnədən sosial çağırışlar etməyi də unutmayıb. O, narkomaniya bəlası, qadın və uşaq ölümləri kimi cəmiyyətə təsir edən problemlərə diqqət çəkərək hər kəsi bu mövzulara həssas olmağa çağırıb. Mərdan milli rəqsi rok janrı ilə sintez edərək səhnədə maraqlı performans nümayiş etdirib.

Konsert boyunca qazandığı uğurlara görə ailə üzvlərinə təşəkkürünü çatdıran ifaçı emosional anlar yaşadıb. Tamaşaçılar isə səslənən musiqilərin ritmi altında rəqs edərək gecəni əsl bayrama çeviriblər.

DOĞRU.AZ

image-img-20251118-wa0047 image-img-20251118-wa0051 image-img-20251118-wa0055image-img-20251118-wa0036

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki