image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210511_141550_206backend

Məşqə yox, “Ferrari” salonuna getdi

image-728x90px
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo komandanın dünənki məşq prosesində iştirak etməyib.
Doğru.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb. 36 yaşlı hücumçu məşqə qatılmalı və bərpa prosesindən keçməli idi. Lakin o, klub prezidenti Andrea Anyelli ilə birgə “Ferrari” avtomobil salonunu ziyarət etməyi seçib. Daha sonra Fioranodakı “Ferrari” sürücüləri Karlos Saynz və Karl Leklair portuqaliyalı oyunçu ilə görüşüblər. Ronaldo hər iki pilot üçün soyadları olan formaları imzalayıb.

Qeyd edək ki, “Yuventus” son oyununu “Milan”a qarşı keçirib və 0:3 hesabı ilə uduzub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki