image-2000x150px
image-123
image-ads_atlas
image-16481ef2-a3d1-30e8-94aa-07ed40250d5c_850backend

Messi azarkeşin kürəyinə imzasını çəkib

image-728x90px

Argentina millisinin futbolçusu Lionel Messi Yamaykaya qarşı keçirilmiş yoldaşlıq oyununda azarkeşin kürəyinə imzasını çəkib.

35 yaşlı hücumçunun ilk qolundan sonra fanatlardan biri meydana daxil olub.

Daha sonra mühafizəçilər tərəfdarı oradan uzaqlaşdırıb.

Qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 13-cü dəqiqədə Xulian Alvares, 87 və 89-cu dəqiqələrdə isə Messi vurub.

Qeyd edək ki, Argentina millisi məğlubiyyətsiz oyunlar seriyasını 35-ə yüksəldib. Yığma son olaraq 2019-cu ildə Amerika Kubokunun ilk yarımfinal qarşılaşmasında Braziliyaya 0:2 hesabı ilə uduzub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki