image-n1karobka_ads
image-123
image-img_20210414_133312_163backend

MGA Dünya Kubokuna ev sahibliyi edəcək

Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi edəcək.

Doğru.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi instagram səhifəsinə istinadən xəbər verir ki, həmin yarışlar bunlardır:

Tokio-2020 Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21-23 may) və bu növ üzrə Dünya Çempionatı (27-29 may).

Federasiyanın məlumatına görə, Sadalanan turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki