Doğru.az xəbər verir ki, “Dövlət Neft Şirkətinin Müşahidə Şurası qurumun idarə heyəti ilə əməkdaşlıq müstəvisində fəaliyyət göstərəcək”. İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə öz “Twitter” hesabında paylaşım edib.
Mikayıl Cabbarov qeyd edib ki, “Azərbaycanın neftlə bağlı tarixi ənənələri və Dövlət Neft Şirkətinin ölkə iqtisadiyyatında rolu yeni inkişaf dövrünə qədəm qoyacaq”
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın Müşahidə Şurasının sədri təyin edilib.