image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniyabackend

Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

image-728x90px

Bu gün UEFA Millətlər Liqasının C Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında I qrupun ilk turundan təxirə salınmış oyun keçiriləcək.

Qlazqo şəhərindəki “Hempden Park” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.

Hazırda Ukrayna yığması 3 oyundan 7 xalla qrupa başçılıq edir. 6 xalı olan Şotlandiya seçməsi isə 2-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası

B Divizionu

I qrup

22:45. Şotlandiya – Ukrayna

Baş hakim: Mauritsio Mariani (İtaliya)

Qlazqo, “Hempden Park” stadionu

Xal durumu: Ukrayna – 7, Şotlandiya – 6, İrlandiya – 4 (4 oyuna), Ermənistan – 3 (4 oyuna)

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki