image-2000x150px
image-123
image-ads_atlas
image-ec93270c-1094-34af-a953-27319a441082_850backend

Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

image-728x90px

Bu gün UEFA Millətlər Liqasında V tura yekun vurulacaq.

3-cü oyun günündə A, B, və C Liqalarında ümumilikdə 9 oyun keçiriləcək.

A Liqasının 2-ci qrupunda İspaniya İsveçrəni, Çexiya Portuqaliyanı qəbul edəcək. Pireneylilər qələbə sayəsində final mərhələsinə vəsiqə qazana bilər. Bunun üçün Çexiya da evdə portuqaliyalıları məğlub etməlidir.

B Liqasının 1-ci qrupunda Ukrayna səfərdə Ermənistanla, İrlandiya Şotlandiya ilə qarşılaşacaq. Ukrayna yığması bu görüşdə xal itirəcəyi, Şotlandiya seçməsi isə qalib gələcəyi halda, britaniyalılar qrup liderliyini vaxtından əvvəl təmin edəcək.

2-ci qrupda 1 oyun baş tutacaq. İsrail evdə Albaniyanı sınağa çəkəcək. Meydan sahibləri rəqibini məğlub edəcəyi təqdirdə, adını pley-offa yazdıracaq.

4-cü qrupda Norveç səfərdə Sloveniya ilə, İsveç Serbiya ilə üz-üzə gələcək. Serblərin məğlubiyyəti son turu formallığa çevirə bilər. Bunun üçün Norveçə heç-heçə də kifayət edəcək və kollektiv A Liqasına yüksələcək.

Nəhayət, C Liqasının 2-ci qrupunda Şimali İrlandiya evdə Kosovo ilə, Kipr isə Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Sonuncular bu görüşdə uduzmasa, sona 1 tur qalmış həm pley-offa, həm də B Liqasına vəsiqəni təmin edəcək

UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
24 sentyabr

A Liqası
2-ci qrup
22:45. İspaniya – İsveçre
22:45. Çexiya – Portuqaliya

Xal durumu: İspaniya – 8, Portuqaliya – 7, Çexiya – 4, İsveçrə – 3

B Liqası
1-ci qrup
17:00. Ermənistan – Ukrayna
22:45. Şotlandiya – İrlandiya

Xal durumu: Şotlandiya – 9, Ukrayna – 7, İrlandiya – 4, Ermənistan – 3

2-ci qrup
22:45. İsrail – Albaniya

Xal durumu: İsrail – 5 (3 oyuna), İslandiya – 3 (3 oyuna), Albaniya – 1 (2 oyuna), Rusiya* – 0

4-cü qrup
20:00. Sloveniya – Norveç
22:45. Serbiya – İsveç

Xal durumu: Norveç – 10, Serbiya – 7, İsveç – 3, Sloveniya – 2

C Liqası
2-ci qrup
20:00. Şimali İrlandiya – Kosovo
22:45. Kipr – Yunanıstan

Xal durumu: Yunanıstan – 12, Kosovo – 6, Şimali İrlandiya – 2, Kipr – 2.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki