image-n1karobka_ads
image-123
image-img-20230615-wa0077backend

“Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib – FOTO

image-ad_qayo_720x110px

“Heydər Əliyev İli” çərçivəsində 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət ilə başlayan tədbir
Lerik Rayon İcra Hakimiyyətinin akt zalında davam edib. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək bildirib ki, 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl qurtuluş tarixidir.

Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil oldu. Həmin gün xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

Bu qayıdış, ilk növbədə, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin qarşısı alındı.

Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəs sazişinin imzalanmasına nail olundu.

Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı.

Bu gün regionun lider dövlətinə çevrilməyimizin əsası bu möhtəşəm qayıdışla qoyuldu.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov və digərləri çıxış edərək, Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasının bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini bildiriblər.

DOĞRU.AZ

image-img-20230615-wa0077image-img-20230615-wa0076image-img-20230615-wa0078image-img-20230615-wa0075image-img-20230615-wa0079

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki