image-2000x150px
image-123
image-ads_atlas
image-7f8f2904-5eb7-3f8d-9c72-843375310c59_850backend

Milli Premyer Liqanın açılış matçı Şamaxıda olacaq

image-728x90px

Milli Premyer Liqanın III turunun oyunlarının cədvəli məlum olub.

 Görüşlər üç günü əhatə edəcək.

Birinci turun açılış matçı avqustun 19-da “Şamaxı” – “Səbail” komandaları arasında olacaq. Şamaxı şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16:30-da başlayacaq. Avqustun 20-də “Sabah” öz meydanında “Neftçi”ni qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək matç saat 20:30-da başlayacaq.

“Kəpəz” – “Qəbələ” komandaları arasında matç isə avqustun 21-də təşkil olunacaq. Oyuna Qəbələ şəhər stadionunda saat 18:00-da start veriləcək.

Tura “Dalğa Arena”da keçiriləcək “Zirə” – “Sumqayıt”ın oyunu ilə yekun vurulacaq. Oyunun startı 20:30-da veriləcək.

Qeyd edək ki, Gəncə şəhər stadionu Premyer Liqa oyunlarını keçirməyə hazır olmadığına görə “Kəpəz” növbəti məlumata qədər ev görüşlərini Qəbələ şəhər stadionunda keçirəcək.

Xatırladaq ki, “Qarabağ”ın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasən, “Qarabağ”ın Çempionlar Liqasının pley-of mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL 3-cü turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının təxirə salınması qərarını qəbul edib. Oyunun vaxtı barədə əlavə məlumat veriləcək

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki