image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210426_223356_301backend

Millimiz böyük hesabla uduzdu

image-728x90px
U-19 millimiz Bakıda təlim-məşq toplanışını davam etdirir.

Doğru.az xəbər verir ki, yığma daha 1 yoxlama oyunu keçirib. Millimizin budəfəki rəqibi “Səbail” olub. Premyer Liqa təmsilçisi bu oyundan 4:0 hesablı qələbə ilə ayrılıb. “Dənizçilər”in heyətində Amil Yunanov het-trik edib. 25-ci dəqiqədə penaltidən dəqiq yararlanan hücumçu, 60 və 75-ci dəqiqələrdə də fərqlənib. Digər qolu isə 30-cu dəqiqədə Mirsahib Abbasov rəqib qapısından keçirib. Xatırladaq ki, U-19 millimiz bundan əvvəlki sınaq matçında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına 1:2 hesabıyla uduzmuşdu.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki