2022-ci ildə Qətərdə baş tutacaq Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan millisi Portuqaliyaya qarşı oynayacaq.
Doğru.az xəbər verir ki, Matç “Sportinq” komandasına məxsus olan “Joze Alvalade” stadionunda keçiriləcək.
Bunu Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş qurumun rəsmi saytında açıqlayıb.
Qeyd edək ki, oyun 24 mart Bakı vaxtı ilə 23:45-də baş tutacaq.

























